Hakan Fidan britaniyalı həmkarı ilə regional böhranları müzakirə etdi
Türkiyə xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend ilə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
H. Fidan britaniyalı həmkarını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, regional və qlobal prosesləri müzakirə edib.
Danışıq zamanı Qəzza başda olmaqla Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsindəki proseslər qiymətləndirilib, regionda davam edən münaqişələrin sona çatdırılmasına yönəlmiş səylər nəzərdən keçirilib.
Aysel Mətləb