Gürcüstanda hakim partiya qalib gəldi

Gürcüstanda hakim partiya qalib gəldi
05.10.2025 14:20 Dünya

Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri üzrə bütün bülletenlər sayılıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Nəticələrə əsasən, hakim “Gürcü Arzusu” partiyası bütün bələdiyyələrdə səslərin 81,689%-ni əldə edib.

Partiyanın Tbilisi meri postuna namizədi Kaxa Kaladze 71,61% səslə üçüncü dəfə şəhər meri seçilib. Rustavi, Kutaisi, Batumi və Poti şəhərlərində də “Gürcü Arzusu”nun namizədləri böyük üstünlüklə qalib gəliblər.

Qeyd edək ki, yerli seçkilərdə seçicilərin 40,93%-i (1 438 116 nəfər) iştirak edib. Seçkilərə 12 siyasi partiya qatılıb.

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər