Gürcüstan-Türkiyə sərhədində sursat aşkarlandı
Gürcüstan gömrükçüləri Türkiyə ilə sərhəddə yerləşən Sarpi keçid məntəqəsində əcnəbilərin baqaj və nəqliyyat vasitələrinə baxış zamanı 111 ədəd odlu silah patronu aşkarlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.
Gəlirlər Xidmətindən bildirilib ki, döyüş sursatı dərin yoxlama zamanı tapılıb.
Hadisə ilə bağlı materiallar əlavə araşdırma aparılması üçün Gürcüstan Daxili İşlər Nazirliyinə təhvil verilib.
Türkan İsgəndərli