Gürcüstan prezidenti 37 nəfəri əfv etdi
Gürcüstan prezidenti Mixail Kavelaşvili 37 nəfəri əfv edib.
TodayPress TV xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.
Əfv edilənlərdən 29-u həbsxanadan kənarda, 5-i isə həbsxanada cəza çəkən şəxslərdir. 3 nəfərin isə məhkumluğu tamamilə götürülüb.
Administrasiya bildirib ki, bu qərar prezidentin Konstitusiya ilə verilmiş hüquqları çərçivəsində, humanizm prinsiplərinə və dövlət maraqlarına əsaslanaraq qəbul edilib.
Türkan İsgəndərli