Gürcüstan minlərlə qanunsuz miqrantı deportasiya edir

Gürcüstan minlərlə qanunsuz miqrantı deportasiya edir
17.02.2026 05:40 Dünya

“2026-cı ildə Gürcüstandan 4 minədək qanunsuz miqrantın deportasiyası planlaşdırılır”. 

TodayPress TV xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Gela Geladze açıqlayıb. 

Nazirin sözlərinə görə, 2025-ci ildə ölkədən 1300-dən çox qanunsuz miqrant çıxarılıb. O bildirib ki, cari ilin əvvəlindən artıq 400-dən çox qeyri-qanuni immiqrant deportasiya olunub və bu istiqamət hökumətin prioritetlərindən biridir. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər