Gürcüstan "BBC"yə şikayət verəcək

Dünya

08.01.2026 13:24

Gürcüstan hakimiyyəti ölkədə etirazçılara qarşı kimyəvi silah istifadə olunduğu iddia edilən xəbər üzrə tezliklə "BBC"yə rəsmi şikayət verəcək.

TodayPress TV "Tass"a istinadən xəbər verir ki, bunu Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Papuaşvilinin sözlərinə görə, əvvəlcə "BBC"nin daxili tənzimləyici orqanına müraciət ediləcək və ümid edirlər ki, media qurumu hekayənin uydurma və manipulyasiya olduğunu etiraf edəcək. Əgər "BBC" bu iddiaya münasibət bildirməsə, Tbilisi digər məhkəmələrdə də iddia qaldıracaq.

Xatırladaq ki, dekabrın 1-də  "BBC" Gürcüstan hakimiyyətinin 2024-cü ildə etirazçılara qarşı Birinci Dünya Müharibəsindən qalma kimyəvi silahdan istifadə etdiyini iddia edən hesabat yayımlamışdı.

Həmin maddə Fransa əsgərlərinin almanlara qarşı istifadə etdiyi kamit maddəsi idi. Gürcüstan hakimiyyəti "BBC"ni yalan məlumat yaymaqda ittiham edib və beynəlxalq məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi aparılan araşdırmalar nəticəsində ölkədə qadağan olunmuş maddələrin istifadə edilmədiyini müəyyən edib. Bundan əlavə, yalnız bir neçə etirazçı yüngül zəhərlənmə simptomları yaşamış, kamit maddəsi isə ölümcül təsir göstərmişdir.

Jalə Rövşən 

TodayPress TV

tag: Gürcüstan ,BBC,Kimyəvi silah ,Şikayət ,Todaypress.tv,