Güclü külək Daşkəndi işıqsız qoydu

Güclü külək Daşkəndi işıqsız qoydu
17.05.2025 23:10 Dünya

Özbəkistanın paytaxtı Daşkənddə güclü külək və toz fırtınası səbəbindən 20 minə yaxın insan işıqsız qalıb.

TodayPress Tv xəbər verir ki, bu barədə Özbəkistan Energetika Nazirliyi məlumat yayıb.

Departament qeyd edib ki, təhlükəsizlik məqsədilə regionda bəzi şəbəkələr bilərəkdən kəsilib. Təmir briqadaları hazırda nasazlıqları aradan qaldırır və enerji təchizatını bərpa edir.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər