Gözlənilməz sərnişin: Uçuş zamanı körpə dünyaya gəldi

Dünya

07.04.2026 13:52

Yamaykadan Nyu-Yorka uçan təyyarədə qadın uçuş zamanı doğuş edib.

TodayPress TV "Fox News"a istinadən xəbər verir ki, hadisə "Caribbean Airlines" reysi zamanı baş verib.

Məlumata görə, təyyarə Kinqstondan Nyu-Yorka uçarkən pilotlar yer xidmətlərinə fövqəladə tibbi vəziyyət barədə məlumat verib.

Pilot bildirib:

“Təyyarədə hamilə sərnişin var, doğuş başlayır”.

Sonradan ekipaj təsdiqləyib ki, qadın uşaq dünyaya gətirib və doğuş birbaşa təyyarədə baş tutub.

Qeyd olunur ki, təcili vəziyyətə baxmayaraq, ekipaj fövqəladə rejim elan etməyib və bütün prosedurlara uyğun hərəkət edib.

Təyyarə eniş etdikdən sonra ana və yeni doğulan körpə həkimlərə təhvil verilib və onlara lazımi tibbi yardım göstərilib.

Qiymət Mahir

tag: Təyyarə,Yamayka,Nyu-York, Kinqston,TodayPress TV,