FT: Rubionun jesti Avropanı inandırmadı
Dünya
15.02.2026 16:33
ABŞ dövlət katibi Marko Rubionun Münxen Təhlükəsizlik Konfransındakı çıxışı Avropa ilə münasibətlərdə əsaslı dəyişiklik yaratmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Financial Times” (FT) qəzeti adını açıqlamadığı bir avropalı nazirə istinadən yazıb.
“Rubionun gözümüzə barmaq salmaq əvəzinə əl uzatması yaxşıdır, amma prinsip etibarilə heç nə dəyişməyib”, – deyə nəşr rəsmidən sitat gətirib.
Nazirin sözlərinə görə, Rubionun Münxendəki çıxışı göstərib ki, transatlantik münasibətlər tam qırılmasa da, əvvəl öyrəşilən formatdan ciddi şəkildə fərqlənəcək.
FT yazır ki, dövlət katibi yumşaq tonuna baxmayaraq Avropanın etimadını qazana bilməyib. Qəzet qeyd edir ki, münasibətlər hələ də gərgindir və Rubio Avropa üçün ABŞ administrasiyasından gözlənilə biləcək “ən yaxşı variant” hesab olunur.
Qiymət Mahir
tag: ABŞ ,Marko Rubio,Münxen,FT,TodayPress TV,
