Fransalı siyasətçi Makronu lağa qoydu
Dünya
17.02.2026 16:32
Fransa Prezidenti Emmanuel Makronun Hindistan hava limanındakı davranışı tənqid edilib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial media hesabında paylaşım edib.
Belə ki, təyyarənin qapısı açılanda, prezident qəfildən içəri daxil olub və həyat yoldaşı Brigitte'i açıq qapının qarşısında tək qoyub.
"Orada (təyyarədə) əslində nə baş verib?!" – Filippot yazıb.
Qeyd edək ki, internette yayılan görüntülərdə, Makronun təyyarənin salonuna girdiyi, Brigitte'in isə açıq qapının qarşısında tək dayandığı görünür. Daha sonra Fransanın birinci xanımı heyət üzvünə tərəf dönüb və onunla danışır. Bir müddət sonra prezident qayıdır və yalnız bundan sonra cütlük pilləkənlərdən enməyə başlayır.
Xatırladaq ki, Fransa lideri 17-19 fevral tarixlərində Hindistana üç günlük səfərə gəlib. Bu səfər çərçivəsində Makronun Hindistanın Baş naziri Narendra Modi ilə görüşü planlaşdırılır.
Jalə Rövşən
tag: Emmanuel Makron,Hindistan ,Tənqid ,Təyyarə ,Todaypress.tv,
