Fransada yanğınlar gücləndi, 2 min hərbçi səfərbər edildi

Fransada yanğınlar gücləndi, 2 min hərbçi səfərbər edildi
16.08.2026 19:50 Dünya

Fransa Silahlı Qüvvələrinin təxminən 2 min hərbçisi respublikada təbii yanğınların aradan qaldırılması əməliyyatlarına cəlb olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "BFMTV" telekanalının efirində Silahlı Qüvvələr Nazirliyinin nümayəndəsi Elis Rüfo məlumat verib.

"2 minə yaxın hərbçi cəlb olunub. Daha 2 min hərbçi isə ehtiyatda saxlanılır", - deyə o bildirib.

Rüfonun sözlərinə görə, yanğınların söndürülməsində mühəndis bölmələri də iştirak edir.

"Silahlı Qüvvələr vəziyyətə uyğunlaşmaq qabiliyyətini nümayiş etdirib. Onlar həm "Airbus A400M" təyyarələrindən və "Reaper" pilotsuz uçuş aparatlarından, həm də yanğınla mübarizədə iştirak edən helikopterlərdən istifadə edirlər", - deyə o əlavə edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər