Fransada Qrenlandiya və Ukrayna planlarına qarşı petisiya başladı
Dünya
21.01.2026 17:08
Fransanın "Patriots" siyasi partiyası ölkənin Qrenlandiya və Ukraynada qoşun yerləşdirməsinə qarşı petisiya başlatdı.
TodayPress TV xəbər verir ki, bu barədə partiyanın lideri Florian Filippot öz "Facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Siyasətçi Fransanın Qrenlandiyada 200-dən çox, Ukraynada 8000 əsgər yerləşdirməyi planlaşdırdığı barədə mediada yayılan xəbərlərə münasibət bildirib:
“NATO və Avropa İttifaqına üzv olduğumuz üçün işimizə aid olmayan müharibələrə və münaqişələrə müdaxilə etməliyik. Gəlin əsl milli maraqlarımızın mənasını yenidən kəşf edək. Qrenlandiyada və ya Ukraynada bir dənə də olsun fransız əsgəri yoxdur”.
Qeyd edək ki, yanvarın 21-də mediada Fransanın Qrenlandiyada NATO təlimlərinə ev sahibliyi etmək üçün müraciət etdiyini və iştirak etməyə hazır olduğu yayılıb. Həmçinin ABŞ-nin Maliyyə Naziri Skott Bessent də Fransanın xahişini lağa qoyub.
Aysel Mətləb
tag: Fransa,Qrenlandiya,Ukrayna,Petisiya,Todaypress.tv,
