Fransada kabel oğurluğuna görə qatar hərəkəti dayandırıldı
Paris və Lionu birləşdirən sürət qatarlarının hərəkəti kabel oğurluğuna görə pozulub.
TodayPress TV xəbər verir ki, bu barədə Fransanın Milli Dəmir Yolu Şirkəti məlumat verib.
“Mərkəzi Fransada yerləşən “Creusot-Montchanin” stansiyası yaxınlığında kabel oğurluğundan qaynaqlanan siqnal sistemi nasazlığı aşkar edilib. Cənub-şərq sürət qatarı xəttində hərəkət ciddi şəkildə pozulub”, - deyə məlumatda qeyd olunub.
Qatarların hərəkətinin sentyabrın 13-ü səhər saatlarında bərpa olunacağı planlaşdırılır.
Aysel Mətləb