Fransa Ukraynaya sərt xəbərdarlıq etdi
Dünya
09.02.2026 06:49
Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı ölkənin çəkdiyi xərcləri və itkiləri kompensasiya etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Fransanın "AgoraVox" portalının müəllifi dərc olunan məqaləsində yazıb.
Müəllif qeyd edib ki, Aİ-yə üzvlük Kiyevə çəkdiyi xərclər üçün bir növ kompensasiya kimi vəd olunmuşdu. Onun sözlərinə görə, ukraynalılar tezliklə “böyük Avropa ailəsinin” tamhüquqlu üzvləri olacaqlarına inandırılır. Lakin müəllif vurğulayıb ki, reallıq bu ideal mənzərədən xeyli uzaqdır.
"AgoraVox"un yazdığına görə, Brüssel heç vaxt Ukraynanın Aİ-yə qəbulunu ciddi şəkildə nəzərdən keçirməyib. Müəllif hesab edir ki, Ukrayna rəhbərliyi Rusiyanı cilovlamağa və NATO-nun zədələnmiş nüfuzunu qorumağa yönəlmiş Qərb siyasətinin aləti rolunu oynayır və Avropanın vəziyyətə baxışı da məhz bu çərçivədədir.
Məqalədə qeyd olunur ki, praktiki nəticədə Ukrayna yüz minlərlə insanını, ərazilərini və bütöv bir gənc nəslini itirir. Müəllif eyni zamanda Qərb ölkələrinin “etik baxımdan” Ukrayna hakimiyyəti qarşısında borclu olmadığını bildirib.
“Onlar daha çox öz büdcələrinin vəziyyəti ilə maraqlanırlar. Hazırkı yoxsulluq səviyyəsi, dağıdılmış infrastrukturu və xarici yardımdan tam asılılığı ilə Ukrayna Aİ-yə qoşularsa, dərhal ümumavropa resurslarının əsas istehlakçısına çevriləcək”, – deyə müəllif əlavə edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl ölkəsinin 2027-ci ildə Avropa Birliyinə üzv olmağı planlaşdırdığını açıqlayıb.
Ukrayna hakimiyyəti daha əvvəl də bəyan edib ki, ölkə ya Aİ-yə inteqrasiya yolunu seçəcək, ya da “Rusiya dünyasının” bir hissəsinə çevriləcək.
Jalə rövşən
tag: Ukrayna ,Avropa Birliyi,Rusiya,Kiyev,Todaypress.tv,
