Fransa “öz ayağına güllə atdı” - Aİ-nin milyardları əlindən çıxdı

Fransa “öz ayağına güllə atdı” - Aİ-nin milyardları əlindən çıxdı
05.07.2026 11:43 Dünya

Fransa özünün irəli sürdüyü sərt meyarlar səbəbindən Avropa İttifaqının müdafiə sahəsi üçün ayırdığı 16,2 milyard avroluq kreditdən yararlana bilməyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Məlumata əsasən, rəsmi Paris müdafiə məhsullarının dəyərinin ən azı 65 faizinin Avropa İttifaqında istehsal olunmasını tələb edib. Lakin bu qaydalar Böyük Britaniya tərəfdaşlarının iştirak etdiyi Fransa layihələrinə də şamil edilib.

Nəticədə, Fransa özü də həmin maliyyələşdirmə proqramından kənarda qalıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 IYUL 2026
Bütün Xəbərlər