Fransa NATO-dan çıxması ilə bağlı qətnamə hazırladı

Dünya

17.01.2026 17:10

Fransa parlamentində ölkənin NATO-dan çıxmasını nəzərdə tutan qətnamə hazırlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Berliner Zeitung” nəşri məlumat yayıb.

Bildirilib ki, uzun illər qeyri-real hesab edilən NATO-dan çıxış ideyası ilk dəfə olaraq Fransa Milli Assambleyasının gündəliyinə konkret parlament təşəbbüsü kimi daxil edilib.

Qətnamənin təşəbbüskarı Milli Assambleyanın vitse-prezidenti və “La France insoumise” sol partiyasının üzvü Klemans Gette olub. Onun irəli sürdüyü sənəd Fransanın Qərb hərbi alyansı ilə tam şəkildə yollarını ayırmasını tələb edir. Bu təşəbbüs ABŞ-nin rolu, NATO-nun gələcəyi və Avropanın təhlükəsizlik siyasətinin istiqaməti ilə bağlı artan şübhələr fonunda ciddi tənqidlərə səbəb olub.

Gette vurğulayıb ki, Fransanın NATO-dan çıxması uzun müddətdir partiyanın rəsmi mövqeyidir.

Aysel Mətləb

TodayPress TV

tag: Fransa ,NATO,Qətnamə,Fərman,Todaypress.tv,