Fon der Lyayen Avstraliyanı asılılıqdan çəkinməyə çağırdı

Dünya

24.03.2026 12:30

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avstraliyanı Çindən həddindən artıq asılılıqdan çəkinməyə çağırıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə Avstraliya parlamentində Baş nazir Entoni Albaniz ilə görüşdən sonra çıxışında bildirib.

Fon der Lyayen qeyd edib ki, bəzi ölkələrin digər dövlətlərin resurs və məhsullarından asılılığı təzyiq alətinə çevrilə bilər və bu risklərdən qorunmaq vacibdir.

“Avstraliya bu riskləri yaxşı anlayır. Avropa da yalnız Rusiyanın enerji resurslarından deyil, həm də tək bir tədarükçüdən asılılıqla bağlı problemlərlə üzləşib”, — deyə o bildirib.

O vurğulayıb ki, Çinlə bağlı düzgün siyasətin qurulması həm Avropa, həm də Avstraliya üçün strateji zərurətdir.

“Biz heç bir tədarükçüdən həddindən artıq asılı ola bilmərik. Biz bir-birimizə ehtiyac duyuruq. Bizim təhlükəsizliyimiz sizin də təhlükəsizliyinizdir”, — deyə EK rəhbəri qeyd edib.

Fon der Lyayen əlavə edib ki, Avropa İttifaqı Çinin ixraca əsaslanan iqtisadi modelini və sənayedəki artıq istehsalını qəbul etmir. Onun sözlərinə görə, ötən il Aİ ölkələrinin hamısında Çinlə ticarətdə kəsir yaranıb.

Qiymət Mahir

tag: Fon der Lyayen ,Avropa , Çin,Aİ ,TodayPress TV,