Finlandiya üzərində NATO kəşfiyyatı güclənib
"Finlandiyada Rusiyanın sərhədləri yaxınlığında NATO-nun kəşfiyyat təyyarələrinin uçuşları mütəmadi qeydə alınır".
TodayPress TV xəbər verir ki, bunu Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov "RİA"ya müsahibəsində deyib.
O bildirib ki, hərbi blokun kəşfiyyat fəaliyyəti tam sürətlə davam edir. Diplomatın sözlərinə görə, Finlandiyanın hava məkanında ABŞ-yə məxsus "B-52 Stratofortress" strateji bombardmançıları da daim görünür.
Səfir əlavə edib ki, 2025-ci ilin yayında ilk dəfə olaraq NATO-nun "RQ-4D Phoenix" kəşfiyyat pilotsuz uçuş aparatı “Pirkkala” aviabazasında yerləşdirilib.
Qiymət Mahir