Finlandiya Rusiya ilə sərhəddə hasar tikintisini davam etdirir

Finlandiya Rusiya ilə sərhəddə hasar tikintisini davam etdirir
22.05.2025 13:01 Dünya

Finlandiya bir il ərzində Rusiya ilə sərhəddə 200 kilometrlik hasarın dörddə birə yaxın hissəsini tikə bilib.   

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Hasarın tamamlanmış hissəsinin uzunluğu 35 km-dir. Bu, planlaşdırılan layihənin 17,5%-ini əhatə edir.   

Qeyd edək ki, Finlandiya 2024-cü ilin qışında Rusiya ilə sərhəddə hasar çəkməyə başlayıb.

Finlandiya Sərhəd xidməti tikintinin 2026-cı ildə başa çatacağını gözlədiklərini bildirib. 

Nicat Osman

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər