Final matçı diplomatik təmaslarla da diqqət çəkdi: Tramp və Pedro Sançes...
ABŞ Prezidenti Donald Tramp ilə İspaniyanın Baş naziri Pedro Sançes Dünya Çempionatının final oyunu zamanı görüşüblər.
TodayPress TV xəbər verir ki, iki lider Nyu-Cersi ştatındakı MetLife stadionunun VIP tribunasında görüşərək əl sıxıblar.
Görüntülər müdafiə xərcləri və ticarət siyasəti ilə bağlı yaşanan gərginlikdən sonra İspaniya mətbuatında geniş işıqlandırılıb.
İspaniya finalda Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.
Qarşılaşma idman nəticəsi ilə yanaşı, VIP tribunasında baş tutan diplomatik təmaslarla da diqqət çəkib.