Filippində güclü zəlzələ baş verdi

Filippində güclü zəlzələ baş verdi
17.10.2025 09:35 Dünya

Filippinin cənubunda 6,1 ballıq güclü zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar 17 oktyabr tarixində Bakı vaxtı ilə 03:03-də qeydə alınıb. Təkanların episentri Surqao-del-Norte əyalətində yerləşən Dapa bələdiyyəsindən altı kilometr uzaqlıqda yerləşib. Ocağın dərinliyi 69 kilometr olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər