Filippin sahillərində güclü zəlzələ: Ölən var

Filippin sahillərində güclü zəlzələ: Ölən var
10.10.2025 10:39 Dünya

Filippin sahillərində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb, tsunami təhlükəsi elan edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “RIA” ABŞ-nin Seysmologiya və Meteorologiya Mərkəzinə istinadən məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Davao liman şəhərindən 144 kilometr məsafədə yerləşib, zəlzələnin dərinliyi isə 58 kilometr olub.

Zəlzələnin episentrindən 300 kilometr radiusda yerləşən sahillər üçün təhlükəli tsunami dalğaları ehtimal olunub.

İlkin məlumatlara görə, bir nəfər həyatını itirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər