Estoniyaya düşən dronun Ukraynadan olduğu iddia edilir
Dünya
25.03.2026 17:47
Estoniyanın Auvere şəhərində elektrik stansiyasına çırpılan pilotsuz aparatın Ukraynaya məxsus olduğu bildirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Estoniya Təhlükəsizlik Polisinin rəhbəri Margo Palloson “ERR” portalına açıqlamasında deyib.
Onun sözlərinə görə, dronun qalıqları onun Ukrayna istehsalı olduğunu göstərir.
Palloson ehtimal edib ki, aparat Rusiya hava məkanında texniki təsirə məruz qalıb, nəticədə istiqamətini itirərək Estoniya ərazisinə düşüb.
Hadisə 25 mart gecə saat 03:43-də baş verib. Məlumata görə, elektrik stansiyasına ciddi ziyan dəyməyib və xəsarət alan olmayıb.
Qeyd edək ki, oxşar hadisə 24 martda Litvada da qeydə alınıb. Ölkənin Baş naziri İnqa Ruginyene Ukraynaya məxsus dronun yoldan çıxdığını bildirib.
Qiymət Mahir
tag: Estoniya,Auvere ,Elektrik ,Dron,TodayPress TV,
