Ermənistanın xarici işlər naziri Fransaya səfər edəcək

Ermənistanın xarici işlər naziri Fransaya səfər edəcək
08.06.2025 19:30 Dünya

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 9–10 iyun tarixlərində Fransanın Nitsa şəhərinə iki günlük işgüzar səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Mirzoyan Fransanın xarici işlər nazirinin dəvəti ilə BMT-nin Okeanlar üzrə 3-cü Konfransında iştirak edəcək. Tədbir bu il Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının (COP-17) 17-ci sessiyası ərəfəsində baş tutacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər