Ermənistanın keçmiş müdafiə naziri yenidən axtarışa verildi

Ermənistanın keçmiş müdafiə naziri yenidən axtarışa verildi
08.11.2025 12:39 Dünya

Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan barəsində yenidən axtarış elan edilib.

TodayPress TV xəbər verir ki, Ermənistan mediasına istinadən məlumatına görə, bunu İctimai TV-yə açıqlamasında İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin rəis müavini Kamo Saakyan bildirib.

Məlumata əsasən, Arutyunyan müdafiə naziri olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Eyni iş üzrə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Enriko Apriamov da təqsirləndirilən şəxs qismində tanınıb.

Qeyd edək ki, Mikael Arutyunyan 2007–2008-ci illərdə Ermənistanın müdafiə naziri vəzifəsini icra edib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər