Ermənistanda sabiq Baş nazir saxlanıldı
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi keçmiş Baş nazir Ovik Abramyanı həbs edib.
TodayPress TV xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Abramyan 13 iyun səhər saatlarında saxlanılıb. Hazırda dövlət xadiminin evində axtarış aparılır.
Komitədən verilən açıqlamada bildirilib ki, Abramyan bir neçə cinayətdə şübhəli bilinir. Onun pul yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması iddia edilir.
Töhfə Səməd