Ermənistanda kilsə ətrafında gərginlik yarandı

Dünya

06.01.2026 11:55

Ermənistanın Talin şəhərində yerləşən Surb Astvatsatsin (Müqəddəs Tanrı Anası) kilsəsində gərgin vəziyyət müşahidə olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Belə ki, Baş nazir Nikol Paşinyanı dəstəkləyən Araqatsotn yeparxiyasının ruhanilərinin kilsəyə daxil olmasına mane olunur. Nəticədə dini ayinlərin keçirilməsi ətrafında mübahisə yaranıb və bəzi ruhanilərin kilsəyə buraxılmadığı bildirilir.

Hadisə ilə bağlı əraziyə polis qüvvələri cəlb olunub. Hüquqşünaslar dünyəvi strukturların kilsə fəaliyyətinə müdaxiləsinin qanunsuz olduğunu bildirərək, baş verənləri dini azadlıqların pozulması kimi qiymətləndiriblər. Onların sözlərinə görə, sözügedən kilsə məqsədli şəkildə təzyiq obyektinə çevrilib.

Son dövrlərdə ölkə hakimiyyəti ilə Apostol Kilsəsi arasında münasibətlər xeyli gərginləşib. Buna səbəb kimi hökumət nümayəndələrinin ruhanilərə yönəlik tənqidi açıqlamaları və kilsənin idarəetmə mexanizmlərində dəyişiklik təşəbbüsləri göstərilir. Bu proses fonunda bir sıra nüfuzlu ruhanilər və kilsəyə yaxın şəxslər müxtəlif ittihamlarla hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ermənistan,Kilsə,Etiraz,Gərginlik,Todaypress.tv,