Ermənistanda ərzaq ixracı qadağan olundu

Ermənistanda ərzaq ixracı qadağan olundu
26.06.2025 16:45 Dünya

Ermənistan hökuməti ölkədən buğda, arpa, qarğıdalı və günəbaxan yağının ixracına müvəqqəti qadağa qoyub.

TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, qərar Nazirlər Kabinetinin iyunun 26-da keçirilən iclasında qəbul edilib.

Rəsmi məlumatda bildirilib ki, bu addım ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirmək məqsədi daşıyır.

Hökumətin açıqlamasına görə, Ermənistan bu məhsulların əhəmiyyətli hissəsini idxal hesabına təmin edir – ölkəyə gətirilən buğdanın təxminən üçdə ikisi, günəbaxan yağının isə 100%-i əsasən Rusiyadan alınır.

Qadağa Avrasiya İqtisadi İttifaqı çərçivəsində qüvvədə olan qaydalara uyğun olaraq altı ay müddətində tətbiq olunacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər