Ermənistanda dövlət çevrilişinə cəhdlə bağlı 14 nəfər saxlanıldı
Ermənistanda dövlət çevrilişinə cəhdlə bağlı cinayət işi üzrə 14 nəfər saxlanılıb.
TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, istintaq zamanı silah-sursat tapılıb.