Ermənistana təhvil verilən Xaçaturyan əməliyyat olunur
Azərbaycanın Ermənistana təhvil verdiyi 70 yaşlı Vaqif Xaçaturyan bu gün açıq ürək əməliyyatı olunur.
TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, əməliyyat İrəvandakı Nork-Maraş Tibb Mərkəzində həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq Vaqif Xaçatryanla yanaşı, daha 3 erməni məhkumu — Gevorq Sucyan, David Davtyan və Vigen Eulcekcianı Ermənistana təhvil verib.
Jalə Rövşən