Ermənistan və Litva Cənubi Qafqazı müzakirə etdi

Dünya

28.01.2026 17:54

Ermənistan Xarici İşlər Nazirliyinin Baş katibi Davit Karapetyan Litvaya işgüzar səfəri çərçivəsində bu ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama verib.

Məlumata görə, Davit Karapetyan yanvarın 27-də Litva Xarici İşlər Nazirliyinin kansleri Ayşte Stakenene ilə görüşüb. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib, iki ölkənin xarici işlər nazirlikləri arasında əlaqələrin və sahəvi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Davit Karapetyan litvalı tərəfdaşlara Cənubi Qafqazda baş verən hadisələr barədə məlumat verib və bu kontekstdə Ermənistan və ABŞ hökumətləri tərəfindən "Tramp körpüsü" (TRİPP) layihəsinin icra mərhələsinin qəbul edildiyini xüsusi qeyd edib.

Baş katib, həmçinin Litva xarici işlər nazirinin müavini Odra Plepite, siyasi məsələlər üzrə direktor Laymonas Talat-Kelpşa ilə də görüşlər keçirib, bir sıra sahəvi idarələrin rəhbərləri ilə işgüzar danışıqlar aparıb. 

Aysel Mətləb

TodayPress TV

tag: Ermənistan ,Davit Karapetyan,Litva,Cənubi Qafqaz,Todaypress.tv,