Ermənistan və Belçika XİN başçıları arasında telefon danışığı oldu

Dünya

20.04.2026 22:45

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Belçika Krallığının Baş nazirinin müavini və xarici işlər, Avropa işləri və inkişaf əməkdaşlığı naziri Maksim Prevost ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, Ermənistan və Belçika xarici işlər nazirləri iki ölkə arasında qurulan fəal siyasi dialoqu məmnuniyyətlə qeyd edərək, həm ikitərəfli səviyyədə, həm də Avropa İttiffaqı daxilində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər may ayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi və Ermənistan-Aİ sammitlərinin gündəliyi, o cümlədən demokratik dayanıqlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Başçılar, həmçinin Cənubi Qafqazda ortaya çıxan yeni reallıqlar barədə fikir mübadiləsi aparıblar. Ermənistan və Azərbaycan arasında sülh kontekstində əlaqə və infrastrukturun inkişafı layihələrinin təşviq edilməsinin vacibliyi vurğulanıb.

Aysel Mətləb

TodayPress TV

tag: Ermənistan,Belçika,XİN,Telefon,TodayPress TV,