Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin Rusiya ilə münasibətlərə həm iqtisadi, həm də siyasi sahədə alternativlər axtardığı barədə bəyanatına münasibət bildirib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ermənistan üçün təkcə əsas ixrac bazarı deyil, həm də ölkə iqtisadiyyatı üçün vacib resursların əsas təchizatçısıdır.
Reşetnikovun sözlərinə görə, Rusiya üçün Ermənistandan idxal olunan malları başqa mənbələrlə əvəz etmək çətin olmayacaq. O bildirib ki, Ermənistanın Aİİ ölkələrinə məhsul ixracı həcmi elə də əhəmiyyətli deyil.
Nazirlikdə hesab edirlər ki, Ermənistan Aİİ-dən kənarda təbii qazın qiyməti baxımından analoji şərtlər əldə edə bilməyəcək.
Bundan əlavə, Reşetnikov vurğulayıb ki, “Cənubi Qafqaz Dəmir Yolu” Rusiya şirkəti üçün “pulsuz” aktiv deyil. Onun sözlərinə görə, bu layihə üzrə öhdəliklərin birtərəfli qaydada dəyişdirilməsi halında Ermənistanın Rusiyadan əlavə ödəniş tələb etməsi əsassızdır.