Ermənistan Prezidenti Cey Di Venslə görüşdü
Dünya
09.02.2026 22:45
Ermənistan Prezidenti Vaaqn Xaçatryan rəsmi səfərlə İrəvana gələn ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüş keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Armenpress" agentliyi Ermənistan prezidentinin aparatının ictimaiyyətlə əlaqələr idarəsinə istinadla məlumat yayıb.
Məlumata görə, Vaaqn Xaçatryan ABŞ vitse-prezidentinin səfərini alqışlayaraq bunun Ermənistanla ABŞ arasında münasibətlərin yüksək səviyyəsini əks etdirdiyini bildirib.
Prezident regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və bu kontekstdə ABŞ prezidenti Donald Trampın rolunu qeyd edib.
Görüşdə, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsinə və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyi bildirilib.
tag: Vaaqn Xaçatryan,ABŞ,Cey Di Vensl, Görüş, todaypress.tv,
