Ermənistan hərbi təlimlərə başlayır

Ermənistan hərbi təlimlərə başlayır
08.01.2026 12:54 Dünya

Ermənistan hökuməti 2026-cı il üçün hərbi təlim planını təsdiqləyib.

TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, plan çərçivəsində ehtiyatda olan hərbi qulluqçular ildə yeddi dəfə – fevral, mart, aprel, iyun, avqust, sentyabr və dekabr aylarında – çağırılacaq və hər çağırış 25 təqvim günündən artıq olmayacaq.

Bundan əlavə, tibb xidmətində zabit rütbəsi daşıyan və 35 yaşadək bəzi kişi hərbi həkimlər iki illik məcburi hərbi xidmətə cəlb olunacaqlar.

Məlumata görə, təlimlərin əsas məqsədi Ermənistanın cənubunda yeni sərhədlərin yaradılması və qorunması üçün hərbçilər və ehtiyatda olan əsgərlərin birgə hazırlığını təmin etməkdir.

Jalə Rövşən 

TodayPressTV 

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər