Ərəb ölkələri regiondakı faciənin qurbanları adlandırıldı
“Vaşinqtonun xəyanətinə məruz qalan ərəb dövlətləri Yaxın Şərqdəki faciənin qurbanına çevriliblər”.
TodayPress TV xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının İran ətrafındakı vəziyyətlə bağlı iclasında çıxış edərkən deyib.
"Biz artıq ABŞ-nin İrana qarşı zərbələrini BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə ilə əsaslandırmağa çalışdığını görmüşük”, - deyə o bildirib.
Nümayəndə, həmçinin regiondakı faciənin qurbanına çevrilən ərəb ölkələri ilə tam həmrəy olduqlarını da bəyan edib.
Aysel Mətləb