Ərəb Dünyası İnstitutunda Epşteyn işi ilə bağlı axtarışlar aparılır

Dünya

16.02.2026 17:09

Fransa Milli Maliyyə Prokurorluğu Ərəb Dünyası İnstitutunda axtarışlar aparır.

TodayPress TV xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

Qəzetin məlumatına görə, axtarışlar institutun keçmiş direktoru Jak Lanqin amerikalı maliyyəçi Ceffri Epşteynlə əməkdaşlıqda iştirak etdiyi mümkün çirkli pulların yuyulması işi ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilir. Lanqın qızı Kerolin Lanq də araşdırmaya cəlb olunub.

Prokurorluq istintaqa 6 fevralda Mediapartin ABŞ Ədliyyə Nazirliyinin sənədlərindən çıxarışları dərc etməsindən sonra başlayıb. Sənədlərə görə, Lanq və Epşteyn Vircin adalarında qeydiyyatdan keçmiş Prytanee MMC şirkətinə birgə sahiblik ediblər və Lanq Mərakeşdə 5,4 milyon avro dəyərində daşınmaz əmlakın satışında iştirak edib.

Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorluq bildirir ki, 2002–2005-ci illərdə onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızın (ən kiçiyi 14 yaşında) baş çəkməsini təşkil etdiyinə dair dəlillər var. Epşteynin dost və tanışları arasında ABŞ və digər ölkələrdən, o cümlədən keçmiş dövlət başçıları, iri iş adamları və şou-biznes ulduzları olub.

Maliyyəçinin cinayət təqibi 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fransa,Ərəb,Qəzet,ABŞ,Todaypress.tv,