Ərdoğan: Türkiyə Qəzzada atəşkəs və bərpa işlərini yaxından izləyəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəs razılaşmasının bütün şərtlərinin icrasını diqqətlə izləyəcəyini açıqlayıb.
TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin prosesi yaxından müşahidə edəcəyini və razılaşmanın yerinə yetirilməsinə nəzarət edəcək işçi qrupa qatılacağını deyib.
Dövlət başçısı həmçinin Qəzzanın bərpası işlərinə dəstək göstərəcəyini vurğulayıb: “Türkiyə olaraq Qəzzanın dirçəlməsi üçün beynəlxalq ictimaiyyətlə birlikdə yenidənqurma fəaliyyətlərini dəstəkləyəcəyik,” – Ərdoğan qeyd edib.
Jalə Rövşən