Ərdoğan: ""PKK" ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib"

Dünya

29.04.2026 17:05

"PKK"ya qarşı aparılan silahlı mübarizə ölkəyə təxminən 2 trilyon dollar iqtisadi yük yaradıb.

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən ildən başlayan "PKK"nın tərksilah olunması prosesi Türkiyənin iqtisadi inkişafına müsbət təsir göstərə bilər və artım tempini sürətləndirə bilər.

Ərdoğan qeyd edib ki, silahlı qarşıdurmanın azalmasından sonra hökumət xüsusilə cənub-şərq bölgələrində sosial, iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsini planlaşdırır.

Prezident həmçinin vurğulayıb ki, hazırkı mərhələ həssasdır və prosesin sabit şəkildə davam etməsi üçün siyasi partiyaların dəstəyi vacibdir.

Türkan İsgəndərli

TodayPress TV

tag: PKK,Türkiyə,Ərdoğan,Mübarizə,Todaypress.tv,