Ərdoğan Pakistanın Baş naziri ilə telefon danışığı apardı

Dünya

08.04.2026 21:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə İrandakı atəşkəs prosesi və son hadisələr müzakirə olunub.

Ərdoğan atəşkəs prosesindəki rollarına görə Pakistanın Baş naziri Şərifə təşəkkür edib və iki həftəlik sülh prosesindən səmərəli istifadə olunmasının vacibliyini qeyd edib.

Lider, həmçinin Türkiyənin qalıcı sülh və sabitlik üçün töhfə verməyə davam edəcəyini də bildirib.

Pakistanın Baş naziri də öz növbəsində atəşkəs prosesinə verdiyi töhfələrə görə Ərdoğana təşəkkürünü çatdırıb.

Aysel Mətləb

TodayPress TV

tag: Pakistan,Türkiyə,Şərif,Ərdoğan,TodayPress TV,