Ərdoğan İsrailin “cavabını verdi”: “Heç kim bizə diktə edə bilməz!”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və Suriya ilə bağlı açıqlama verib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Ərdoğan bildirib ki, günahsız insanların qanına əllərini bulaşdırmış “cinayətkar şəbəkələrin” narahat olması Türkiyənin qonşularının ayağa qalxmasına dəstək verməsinə mane olmayacaq.
“Biz qonşularımızın yenidən ayağa qalxmasına dəstək verməkdən imtina etməyəcəyik. Sadəcə günahsız insanların qanına əllərini bulaşdırmış cinayətkar şəbəkələr bundan narahatdır deyə mövqeyimizi dəyişməyəcəyik”, - deyə Ərdoğan vurğulayıb.
Türkiyə lideri ölkənin xarici siyasətinin yalnız türk xalqı tərəfindən müəyyən edildiyini bildirib.
“Millətdən başqa heç bir aktor Türkiyənin xarici siyasətinin istiqamətini diktə edə və onun sərhədlərini müəyyənləşdirə bilməz”, - Ərdoğan qeyd edib.
Kübra Musayeva