Ərdoğan: "İrana qarşı yeni müharibə bölgəyə fayda verməz"
Dünya
18.02.2026 16:21
"İrana qarşı mümkün yeni müharibə region üçün ağır nəticələr doğura bilər".
TodayPress TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Türkiyə İran və ABŞ arasında yaranan problemlərin dialoq yolu ilə həllini dəstəkləyir. Prezident qeyd edib ki, Ankara hər iki ölkə ilə yüksək səviyyəli əlaqələr saxlayır və həm İran, həm də ABŞ prezidentləri ilə telefon danışığı aparıb.
Ərdoğan vurğulayıb ki, Türkiyə münaqişələri qızışdırmaq əvəzinə sülh üçün körpülər qurmağa çalışır.
Türkiyə lideri əlavə edib ki, hərbi eskalasiya və artan gərginlik regionda daha böyük qeyri-müəyyənliyə səbəb ola bilər. Onun fikrincə, diplomatiya üçün imkan qaldığı müddətdə ümid də mövcuddur.
Türkan İsgəndərli
tag: Ərdoğan,İran,Müharibə,ABŞ,Todaypress.tv,
