Ərdoğan ABŞ-İsrail atəşkəsini alqışladı

Dünya

08.04.2026 16:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrail arasında elan edilən atəşkəsi müsbət qiymətləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Ərdoğan sosial media hesabında paylaşım edərək bildirib ki, fevralın 28-dən bəri davam edən müharibə bölgəni “atəş zonasına” çevirib.

O, atəşkəsin tam şəkildə və heç bir təxribat olmadan həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Türkiyə lideri atəşkəs prosesində iştirak edən bütün tərəfləri, xüsusilə “dost və qardaş” adlandırdığı Pakistanı təbrik edib.

Ərdoğan əlavə edib ki, münaqişə və gərginliklərdən əziyyət çəkən regionda tezliklə sülh və sabitliyin bərqərar olacağına ümid edir. O, Türkiyənin həm regionda, həm də qlobal miqyasda sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Türkan İsgəndərli

tag: Ərdoğan,İsrail,Türkiyə,ABŞ,Todaypress.tv,