Əraqçi Xəzər dənizi üçün təhlükəli nəticələr barədə xəbərdarlıq etdi

Dünya

24.03.2026 02:35

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ qüvvələrinin Xəzər dənizi ətrafındakı vilayətlərə hücumlarının region üçün təhlükəli fəsadlar doğuracağı barədə xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Əraqçi ilə Azərbaycan və Türkmənistan XİN rəhbərləri Ceyhun Bayramov və Rəşid Meredov arasında telefon danışıqlarından sonra dərc olunmuş bəyanatında bildirilib.

Qeyd edilib ki, Əraqçi ABŞ və İsrailin Xəzər dənizinə bitişik əyalətlərə son hücumlarının miqyasını izah edərək, bu hücumların regionun ətraf mühiti və Xəzər dənizinə bitişik ərazilərin təhlükəsizliyi üçün nəticələri barədə xəbərdarlıq edib.

Nazir məsuliyyətli mövqe tutmağın, bu hücumları qınamağın və nəticələrinin qarşısını almaq üçün lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

tag: İran,Xəzər dənizi,Əraqçi,ABŞ,TodayPress TV,