Əraqçi "Livanın əsl düşməni"nin adını verdi

Əraqçi "Livanın əsl düşməni"nin adını verdi
06.06.2026 15:09 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi Livanın daxili işlərinə müdaxilə ilə bağlı ittihamları rədd edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə  "X"sosial şəbəkəsində paylaşım edib.

Əraqçi açıqlamasında Livanın əsl düşməninin İsrail olduğunu bildirib.

O qeyd edib ki, Livan prezidenti Cozef Aunun son bəyanatlarına əsasən, “sanki Livanın beşdəbirini İsrail deyil, İran işğal edib”. 

İranlı diplomat həmçinin vurğulayıb ki, əhalinin dörddəbirinin evlərini tərk etməsinə səbəb olan və hər gün şəhər və kəndlərə zərbələr endirən də İsrail deyil, İran kimi təqdim olunur.

İran XİN başçısı Livan rəhbərliyini ölkəni onun sözləri ilə desək, “əsl düşməndən” qorumağa çağırıb. O, İsrailin Livanın təhlükəsizliyi və sabitliyi üçün əsas təhdid olaraq qaldığını bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər