Əraqçi: “İran danışıqlar üçün heç bir tələb irəli sürmür”
Dünya
28.01.2026 15:23
İranın xarici işlər naziri Abbas Əraqçi İranın heç bir danışıqlar tələbi etmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
O bildirib ki, beynəlxalq məsələlərdə hərbi təhdidlər və diplomatiya eyni vaxtda mövcud olur, lakin hər biri öz yolunu izləyir.
“Hərbi təhdidlər yolu ilə aparılan diplomatiya nəticəyə gətirib çıxara bilməz. Danışıqların formalaşması üçün təhdidlərdən, həddindən artıq tələblərdən və məntiqsiz suallardan imtina edilməlidir”, - deyə nazir qeyd edib.
O, danışıqların bərabərlik və qarşılıqlı hörmət mövqeyindən aparılmalı olduğunu vurğulayıb. İranın xarici işlər naziri hazırda bir neçə ölkənin vasitəçilik səylərində fəal iştirak etdiyini və Tehranın bu tərəflərlə məsləhətləşmələri davam etdirdiyini qeyd edib.
Aysel Mətləb
tag: İran,Əraqçi ,Danışıq,ABŞ,Todaypress.tv,
