Əlcəzair BRİKS-in Yeni İnkişaf Bankına qoşuldu

Əlcəzair BRİKS-in Yeni İnkişaf Bankına qoşuldu
22.05.2025 12:22 Dünya

Əlcəzair rəsmi şəkildə BRİKS-in Yeni İnkişaf Bankına (NDB) üzv olub. 

TodayPress TV “TASS”a istinadən xəbər verir ki, bu barədə bankın rəhbəri Dilma Russeff məlumat verib.

Russeff bildirib ki, Əlcəzair hazırda təkcə Şimali Afrikanın deyil, bütövlükdə dünyanın iqtisadi həyatında mühüm rol oynayır: 

“Əlcəzair Yeni İnkişaf Bankının qlobal maliyyə səhnəsində mövqeyinin möhkəmlənməsinə töhfə verəcək. Əlcəzairi bankın yeni üzvü kimi səmimi qəlbdən təbrik edirəm”.

O vurğulayıb ki, təşkilat Əlcəzairlə investisiya sahəsində əməkdaşlığa hazırdır: 

“Əlcəzairlə birlikdə insan həyatının yaxşılaşdırılmasına, tərəqqi və inkişafa xidmət edən səmərəli layihələrin maliyyələşdirilməsi üzərində işləyəcəyik”.

Qeyd edək ki, mart ayının sonunda İndoneziya da BRİKS-in Yeni İnkişaf Bankına qoşulmaq qərarı verdiyini açıqlamışdı. Bu barədə ölkə prezidenti Prabovo Subianto Dilma Russefflə görüşdən sonra bəyanat vermişdi.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl BRİKS ölkələrinə dolları əvəzləməyə cəhd etdikləri təqdirdə yüz faizlik gömrük rüsumları tətbiq etməklə hədələyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
03 IYUN 2026
Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin! 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Bütün Xəbərlər