Ekvador sahillərində "kabus gəmi": Balıqçılar silahlı şəxslərin əlinə keçdi!

Ekvador sahillərində "kabus gəmi": Balıqçılar silahlı şəxslərin əlinə keçdi!
16.08.2026 17:00 Dünya

Naməlum gəmi Ekvadora məxsus iki balıqçı gəmisinə hücum edib və onların ekipajlarını saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Amerikanın "CNN" telekanalı məlumat yayıb.

Bildirilib ki, "La Negra Francisca Duarte II" və "Don Maca" balıqçı gəmiləri partlayıcılarla təchiz edilmiş PUA-ların hücumuna məruz qalıb, bundan sonra ekipajlar balıqçıların "kabus gəmi" adlandırdığı mavi gəmidəki silahlı şəxslər tərəfindən saxlanılıb.

Qeyd olunur ki, mavi gəmidəki şəxslər ingilis dilində danışıblar və onlardan bəziləri ABŞ bayrağı olan qol nişanları taxıblar.

Daha sonra naməlum şəxslər balıqçıları gəmi qəzasına uğradıqlarını bildirərək Salvador sahil mühafizəsinə təhvil veriblər.

Telekanalın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Kəşfiyyat İdarəsi ilə birlikdə hadisə barədə məlumat verməkdən imtina edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər