Əbu-Dabidə Ukraynada sülhün təmin olunmasına dair sənədlər araşdırılır

Əbu-Dabidə Ukraynada sülhün təmin olunmasına dair sənədlər araşdırılır
24.01.2026 16:25 Dünya

Əbu-Dabidə danışıqlar aparan nümayəndə heyətləri eyni vaxtda Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli barədə bir neçə sənədi nəzərdən keçirir və müzakirə edirlər.

TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Bildirilib ki, ərazilər, zəmanətlər və digər aspektlər müzakirə olunur.

Xatırladaq ki, yanvarın 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Rusiya, ABŞ və Ukraynanın təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçirilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər