Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar başa çatdı

Dünya

24.01.2026 17:22

Ukrayna məsələsi ilə bağlı Əbu-Dabidə keçirilən üçtərəfli dialoqu nəticəsiz hesab etmək olmaz.   

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" agentliyinə adı açıqlanmayan mənbə məlumat verib.  

Qeyd edilib ki, yanvarın 23-də Əbu-Dabidə üçtərəfli təhlükəsizlik üzrə məsləhətləşmələrin ilk günü keçirilib. Görüşlər yanvarın 24-də davam etdirilib və bir neçə saat çəkib.  

Mənbə danışıqların nəticəsiz olduğu iddialarına cavab olaraq bildirib:

“Bu doğru deyil, nəticələr var”. 

Qeyd olunub ki, Rusiya tərəfinin danışıqlar qrupuna Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin (GRU) rəisi İqor Kostyukov rəhbərlik edib. Üçtərəfli işçi qrupunun Ukrayna tərəfinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov başçılıq edib.

Jalə Rövşən 

TodayPress TV

tag: Əbu-Dabi,Görüş,Rusiya ,Ukrayna,Todaypress.tv,